SİZİN REKLAM BURADA!
055 213 76 73


Pandemiyadan öncəki dövrdə evdən işləmək bir çox işçinin xəyalı idi. Lakin pandemiya dövründə evdən işləmək dəb aldı. Sonradan bu bir çox şirkətlərin xüsusi prestijli təklifi oldu.

Lakin bir çox psixoloqlar evdən işləməyin insan səhhətinə olduqca pis təsir etdiyini bildirirlər.

BAKU.WS xəbər verir ki, türkiyəli psixiatr Dr. Cengiz Soylu bildirib ki, araşdırmalar və aparılan elmi müayinələrdən sonra evdən işləməyin psixoloji travmalar yaratdığını ortaya çıxarıb.

“Çoxsaylı araşdırmalar göstərib ki, evdən işləmə ilə bağlı psixoloji dəyişiklik stressin artmasına səbəb olur. Nəticədə psixoloji patologiyaların və psixoloji əsaslı fiziki xəstəliklərin yaranmasına gətirib çıxarır.

Üstəlik, belə iş şəraitinin ailə xoşbəxtliyinə mənfi təsir etdiyi, hətta boşanmaların sayının artmasına səbəb olduğu da müşahidə olunub”.

Həkim deyir ki, bu insanı hətta dəliyə də döndərir:

“Bu insanlara stresslə bağlı müxtəlif fiziki və ya ruhi xəstəliklər diaqnozu qoyulur. Evdən işləyənlərdə sağlamlıq problemlərinin artması müşahidə olunur və vəziyyət artıq ictimai sağlamlıq probleminə çevrilib”.

Soylu evdən işləyən insanlar arasında spirtli içki, sakitləşdirici dərman və antidepresan istifadə edənlərin sayı artır.

“Evdən işləyən insanlar arasında ən çox rast gəlinən psixi problemlər depressiya, narahatlıq pozuqluğu, panik pozğunluğu, tükənmə sindromu, şiddət və alkoqol asılılığı yayılır”.

Son olaraq mütəxəssis məsləhət bilir ki, evdən işləyən insanlar mütləq həkim müayinəsindən keçsinlər və peşəkar dəstək alsınlar.

BAKU.WS