SİZİN REKLAM BURADA!
055 213 76 73


Baku TV-də yayımlanan “Arzunun vaxtı” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin aparıcısı Arzu Kəlbi Maştağa kəndindəki məşhur evin sahibi Eldar Qasımovun qonağı olub.

Qala formasında tikilən evin və həyətin ərsəyə gəlməsi üçün 50 ilə yaxın vaxt sərf etdiyini deyən E.Qasımovun sözlərinə görə, bunun üçün ölkənin müxtəlif yerlərindən daşlar toplayıb.

“Mənə “Daş adam” deyirlər. Hansı rayona getmişəmsə, oradan daş gətirmişəm. Heç birinə pul verməmişəm”, - o söyləyib.
O, Şuşa qalasına bənzərliyi ilə seçilən evdə dalğalanan Azərbaycan və Türkiyə bayraqlarının Vətən müharibəsi zamanı erməniləri çaşdırmasından da bəhs edib:

“Bu bayraqlar ermənilərə gözdağı oldu. Şuşa işğaldan azad olunan gün ermənilər bu qalanı göstərdilər”.

Ətraflı süjetdə:

BAKU.WS
VİDEO