SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bahalı maşınların yeni modeli üçün layihə hazırlayır, sonra maketini düzəldir...

Cəlilabad sakini 31 yaşlı Elçin Quliyev ilk belə təcürbəsini 2013-cu ildə sınaqdan keçirib. "Cadillacats" avtomobilinin yeni  modelinidizayn edən gəncbueskizi şirkətin Moskva filialına göndərib. Bu, şirkət nümayəndələrinin diqqətini cəlb etsə də eskizin 3D formatında görüntüsü tələb olunub. Amma Elçin kompüter proqramını bilmədiyindən eskizi 3D formatında  hazırlaya bilməyib.

Bu yaxınlarda isə o, kartondan "Lamborghini" avtomobilinin də yeni modelini hazırlayıb. 4 aya ərsəyə gətirdiyi maket forması ilə yanaşı mühərrikinin həcmi və gücünə görə də  fərqlənir.

Əsasən bahalı sürət avtomobil modellərini hazırlamağa üstünlük verən Elçin hazırda digər brendlərin də yeni modelləri üzərində çalışır. Sonra hazırladığı modeli "Lamborghini" avtomobil şirkətinə göndərəcək.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
 
BAKU.WS