SİZİN REKLAM BURADA!
055 213 76 73


“Moskvada bir limonu 15 min manata satmışam. Pulu verdi ki, xərcləyərsən. Mən də ona limon verdim”.

Bunu BAKU.TV-də yayımlanan “Arzunun vaxtı” verilişində “Limonçik Əli” adı ilə fenomenə çevrilən Əli Həsənov deyib.

Onun sözlərinə görə, tanındıqdan sonra limonun birini 100 manata satmağa başlayıb.

“Limonçik Əli” efirə çıxmaq üçün qonorar aldığını da söyləyib:

“Bəzi blogerlər var ki, verilişlərə pul verib çıxırlar. Mən bunu heç vaxt etməmişəm”.

Əli Rusiyada ona ev verilməsindən də bəhs edib:

“Limon satırdım. Polislər dedilər ki, icra hakimi bura gəlir, getməlisən. Nə qədər məcbur etsələr də, getmədim. Gələndə məni yanına çağırdı, öpdü, dedi ki, sabah ofisimə gələrsən. Gedəndə soruşdu ki, nəyə ehtiyacın var? Dedim ki, ev istəyirəm. Daha sonra mənə 2 otaqlı ev verildi”.

BAKU.WS
VİDEO