SİZİN REKLAM BURADA!
055 213 76 73


 
 
Azərbaycanlı iş adamı Bəxtiyar Səlimovun məşuqəsi olmuş, məşhur balerina Anastasiya Voloçkovanı Moskvada gözəllik salonlarından birində yandırıblar.

BAKU.WS xəbər verir ki, bu barədə Voloçkova İnstagram səhifəsində video və foto paylaşaraq yazıb.

Balerina spa salonlarından birində qeyri-adi üsuldan istifadə edib. Soyunmuş vəziyyətdə olan Voloçkovanın üstünü qara örtüklə bağlayaraq yandırıblar.

"Mən yanıram? Mən bir az qorxuram və çox istidir”, - balerina yazıb.

Məlum olub ki, bu qeyri-adi üsuldan istifadə edən Voloçkova stress atmağa çalışıb.