SİZİN REKLAM BURADA!
055 213 76 73



Kanadanın Laval Universitetinin alimləri kosmosdan gələn 234 siqnal qeyd ediblər. 

BAKU.WS xarici KİV-lərə istinadən xəbər verir ki, alimlər bu siqnalların dünyadan xaric varlıqlardan gəldiyinə inanırlar. Onlar iddia edirlər ki, bu siqnalları ötürənlər yadplanetlilərdir və onlar Yerlə ünsiyyət qurmağa çalışırlar. 

Astronom Ermanno Borra və Erik Trottier hazırda qəbul etdikləri siqnalların əvvəllər daxil olanlarla eyni olduğunu bildiriblər. 

Qeyd edək ki, sonuncu dəfə bir neçə ay əvvəl Rusiya alimləri 95 işıq ili uzaqlıqdan gələn güclü bir siqnal qəbul etdiklərini açıqlayıblar.

ƏLİ
BAKU.WS