SİZİN REKLAM BURADA!
055 213 76 73



ABŞ prezidenti Barak Obamanın kiçik qızı 15 yaşlı Saşa restoranda ofisiant işləyir. 

BAKU.WS xəbər verir ki, 15 yaşlı prezident qızı istirahət günlərini boş keçirmək istəməyib. Ona görə, də atasının çox sevdiyi Martas Vinryad adasındakı "Nensi" adlı balıq restoranının kənar sifarişlər xidmətində ofisiant kimi işə başlayıb. Onun iş vaxtı 7:30-da başlayıb 11:30-da başa çatır.

Saşa həmçinin ekspress pəncərədən müştərilərə yemək təqdim edir, restoranın zalını qonaqların gəlişinə hazırlayır və stolların üstünü təmizləyir. Prezident qızının təhlükəsizliyinə 6 agent nəzarət edir. 

Amerikalı jurnalistlər Obamanın "Nensi" restoranının sahibi ilə dost olduğunu və qızının həyat təcrübəsi toplaması üçün buranı təsadüfi seçmədiyini yazırlar.
 
BAKU.WS