SİZİN REKLAM BURADA!
055 213 76 73


31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə Gürcüstanın Marneuli şəhərində tədbir keçirilib.

BAKU.WS xəbər verir ki, bayram münasibətilə Marneulidəki Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) konsert təşkil olunub.

Tədbirdə şəhər sakinləri ilə yanaşı müxtəlif bölgələrdən gələn qonaqlar, mədəniyyət xadimləri, ictimaiyyət nümayəndələri iştirak ediblər.

GAİM-in direktoru Orxan Pirverdiyev çıxış edərək iştirakçıları Həmrəylik Günü və Yeni İl bayramı münasibətilə təbrik edib.

Sonra o, Dünya Azərbaycanlılarının Həmrəylik Gününün yaranma tarixindən, əhəmiyyətindən danışıb. Qeyd edib ki, 1991-ci ildə ulu öndər Heydər Əliyev dünya azərbaycanlılarının birliyinin əhəmiyyətini nəzərə alaraq, 31 dekabr tarixini Dünya Azərbaycanlılarının Həmrəylik Günü kimi elan etmişdir.

Bu tarix dünya azərbaycanlılarının birliyinin möhkəmlənməsində mühüm rol oynayıb.

Daha sonra tədbir müxtəlif çıxışlar və təbriklərlə davam edib.

Bayram tədbirində Şaxta baba və Qar qız uşaqlara hədiyyələr paylayıb.

BAKU.WS
QALEREYA