SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Məşhur boksçu Məhəmməd Əlinin cənazəsi Louisville şəhərinə özəl bir təyyarə ilə gətirilib. Əfsanəvi boksçunun evində isə qeyri-adi hdisə yaşanıb.  

Əlinin "kəpənək kimi uçaram, arı kimi sancaram" sözlərinin yazılı olduğu mədəniyyət mərkəzinin baxçasındakı bir ağaca təxminən 15 minə yaxın arı toplanıb. Arıların "kəpənək kimi uçaram, arı kimi sancaram" yazılı lövhənin yaxınlığında bir araya gəlməsi qəribə görüntülər ortaya çıxarıb. 

Qeyd edək ki, 74 yaşında vəfat edən boks əfsanəsi Məhəmməd Əli cümə günü torpağa tapşırılacaq. Cənazə mərasimi Əlinin doğulduğu yer olan Kentucky əyalətinin Lousville şəhərində keçiriləcək. Boksçunun ailəsi Məhəmməd Əliyə vəda etmək istəyən hər kəsin mərasimə dəvətli olduğunu bildirib. 

Cənazə mərasimində keçmiş ABŞ prezidenti Bill Clintonun, komediya ustası Billy Crystalin və idman yazarı Bryant Gumbelin çıxış edəcəyi gözlənilir. 
 
Bizimyol.info
BAKU.WS