SİZİN REKLAM BURADA!
055 213 76 73


UEFA AVRO-2020-nin B qrupunun Finlandiya ilə matçında huşunu itirərək yerə yıxılan Danimarka millisinin futbolçusu Kristian Eriksenlə bağlı açıqlama yayıb.

BAKU.WS "report"a istinadən xəbər verir ki, qitə futbol qurumunun məlumatında 29 yaşlı yarımmüdafiəçinin vəziyyətinin sabit olduğu bildirilib.

Qarşılaşma ilə bağlı yekun qərarın Bakı vaxtı ilə saat 21:45-də veriləcəyi vurğulanıb.

Danimarka Futbol Federasiyası isə təcrübəli oyunçunun özünə gəldiyini və hazırda xəstəxanada müayinə olunduğunu açıqlayıb.

BAKU.WS