SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün Niderlandın Rotterdam şəhərində 65-ci Avroviziya Mahnı müsabiqəsinin ilk yarımfinalı keçiriləcək.

BAKU.WS xəbər verir ki, ölkəmizi təmsil edən müğənni Samirə Əfəndi “Mata Hari” mahnısı ilə bu mərhələdə 14-cü çıxış edəcək.

İfaçımız Avroviziya-2021 səhnəsini 15 ölkədən olan təmsilçilərlə bölüşəcək. Bu ölkələr arasında Rusiya, Norveç, Belçika, İsrail, Rumıniya, Ukrayna da var.

Şüarı “Open Up!” olan müsabiqə bu axşam 23:00-da İctimai televiziya vasitəsilə yayımlanacaq.

Avroviziya-2021-də təmsilçilər müxtəlif janrlı musiqilər səsləndiricəklər:

Bu il Rusiyanı rus-tacik müğənni Manija Sanqin təmsil edəcək. O, müsabiqədə "Russian woman" mahnısını ifa edəcək.

Norveçi yarışmada Andreas Andresen Hokeland "Fallen Angel" musiqisi ilə təmsil edəcək. O, ifanı ingilis dilində səsləndirəcək.

Belçikalı müğənni Huverfonik Avroviziya səhnəsində "The Wrong Place" ifasını təqdim edəcək.

İsrailli Eden Alene "Set Me Free" kompozisiyasını səsləndirəcək. O, bu mahnını ivrit və ingilis dilində ifa edəcək.

Sənətçi Roksen Rumıniyanı "Amnesia" musiqisi ilə təmsil edəcək.

Qeyd edək ki, müsabiqənin iştirakçılarına münsiflər tərəfindən veriləcək səsləri 2011-ci ildə 221 xalla birincilik əldə edərək Avroviziyanı Azərbaycana gətirən Eldar Qasımov və Nigar Camal elan edəcək.

BAKU.WS
QALEREYA