SİZİN REKLAM BURADA!
055 213 76 73


Tovuz rayonunun cəbhə bölgəsinə ən yaxın kəndi olan Ağdam kənd sakini 72 yaşlı Qurbanova Nəzakət Zaman qızı öz təqaüdünü Silahlı Qüvvələrimizin fonduna köçürüb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, 72 yaşlı qadın bu gün "Asan xidmət" Mərkəzinin filiallarından birinə gedərək 300 manat dəyərində 1 aylıq təqaüdünü ordumuza köçürüb.

Nəzakət Qurbanovanın bacısı Laçın Bağırova isə öz əlləri ilə Azərbaycanın şanlı üç rəngli bayrağını toxuyub.

BAKU.WS
VİDEO