SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncədə ailə münaqişəsi zəminində baş verən hadisə ilə bağlı yeni təfərrüatlar məlum olub.

BAKU.WS-in bölgə müxbirinin məlumatına görə, qətli törədən şəxs 1950-ci il təvəllüdlü Quliyev Mahir Əliqara oğlu qardaşının ailə üzvlərini bıçaqlayıb.

Həmin şəxslər:

- 1967-ci il təvəllüdlü Quliyeva Ofeliya Həmid qızı (dünyasını dəyişib);

- 1984-cü il təvəllüdlü Quliyeva Günay Malik qızı;

- 2006-cı il təvəllüdlü Quliyev Malik Elnur oğlu;

- 2002-ci il təvəllüdlü Quliyeva Sevinc Elnur qızı.

Gəncədə dəhşətli ailə münaqişəsi yaşanıb.

BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə şəhərin Naftalan küçəsi adlanan ərazidə qeydə alınıb. Hadisə nəticəsində yaşlı qadının dünyasını dəyişdiyi bildirilir.

Azyaşlı uşağın vəziyyəti isə ağırdır. Evin gəlininin isə vəziyyəti normal qiymətləndirilir. Yaralılar Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib.

Hazırda hadisənin səbəbləri dəqiqləşdirilir. Cinayəti törədən şəxs həbs olunub.

BAKU.WS