SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri ilə ev sahibini bıçaqla yaralayan şəxs saxlanılıb.

BAKU.WS-in bölgə muxbirinin verdiyi məlumata görə, aparılan ilkin istintaq zamanı müəyyən edilib ki, saxlanılan 21 yaşlı Rauf Vəliyev qarət məqsədi ilə Xuluflu kənd sakini Elçin Atakişiyevin yaşadığı evə girib. Lakin ev sahibi oyanıb. Bunu görə R.Vəliyev ev sahibinə üzərində gəzdirdiyi bıçaqla xəsarət yetirərək hadisə yerindən qaçıb.

"Təcili 200 manat pul lazım idi. Evdə kimsənin olmadığını zənn etdim. Çünki elə planlaşdırmışdım. Lakin ev sahibi evdə oldu və səsə oyandı. Qaçmaq üçün onu qolundan bıçaqladım."

Qeyd edək ki, R.Vəliyevin cinayət zamanı istifadə etdiyi maska və bıçaq da sübut kimi götürülüb.

Faktla bağlı cinayət işi açılıb.
BAKU.WS
QALEREYA