SİZİN REKLAM BURADA!
055 213 76 73


Avqustun 21-də DİN-in “102 - Zəng Mərkəzi”nə Südçülük Sovxozu adlanan ərazidə bir nəfərin yaralı halda yerə yıxılması barədə məlumat daxil olub.

Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə bildirilib.

Verilən məlumata görə, dərhal Xəzər RPİ 3-cü Polis Bölməsinin əməkdaşları hadisə yerinə gəlmiş, yaralının xəstəxanaya yerləşdirilməsi təmin olunmuşdur.

Araşdırmalarla həmin şəxsin Binə qəsəbəsində yaşayan Azər Quliyev olduğu, mübahisə zəminində ona bıçaqla xəsarət yetirildiyi müəyyən edilmişdir.

3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində bu cinayət əməlini törətməkdə şübhəli bilinən Binə qəsəbəsində yaşayan Aydın Quliyev saxlanılıb. O, törətdiyi əməli etiraf edib.

Faktla bağlı araşdırma aparılır.
BAKU.WS