SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Azad Dandışın barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

BAKU.WS
ölkə.az-a istinadən xəbər verir ki, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Azad Dandışın apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, qətl hadisəsi ötən il sentyabrın 30-da Sabunçu rayonunda baş verib. Ramana qəsəsində 1984-cü il təvəllüdlü İsakov Valeri Anatolyeviçin meyiti yaşadığı mənzildə tapılıb. 

Məhkəmə-tibbi ekspertizası İsakovun baş nahiyəsində hematoma aşkarlayıb. Eyni zamanda, onun burnunda da zədə aşkarlanıb.

O da məlum olub ki, İsakov alkoqol aludəçisi imiş, meşşan həyat tərzi keçirib və vərəm xəstəsi olub.

Qətldə şübhəli bilinən Ramana qəsəbəsinin sakini Azad Dandış saxlanılıb.
BAKU.WS