SİZİN REKLAM BURADA!
055 213 76 73



Türkiyənin Konya şəhərində 9 aylıq körpəsini boğduğunu iddia etdiyi sevgilisi Ümid Dursunu yeddi yerindən bıçaqlayaraq öldürən Azərbaycan əsilli Aysel Əliyeva Konya 1-ci Ağır Cinayətlər Məhkəməsində hakim qarşısına çıxıb.

BAKU.WS minval.infoya istinadən xəbər verir ki, Aysel məhkəmədə, "Nə etdiyimi bilmirəm, deyəsən, bıçaqla Ümidi vurmuşam. Eyni zamanda uşağa nə olduğunu soruşurdum” deyə qeyd edib.

Hadisə keçən il dekabr ayında baş verib. Barlardan birində işləyən Aysel bizneslə məşğul olan həyat yoldaşından 2 il əvvəl boşansa da, birlikdə yaşamağa davam edib. Bu izdivacdan Əmir adını verdikləri bir oğlan uşağı dünyaya gəlib.

Aysel hadisədən iki ay əvvəl keçmiş həyat yoldaşını tərk edib Ümidlə yaşamağa başlayıb. Cinayətdən bir gün əvvəl isə oğlu – 9 aylıq Əmiri birlikdə yaşadığı Ümidin yanına qoyub bara gedib. Amma Əmirin divandan düşdüyünü deyən Ümid onu xəstəxanaya aparıb.
Müalicəsi davam edən körpə həyatı təhlükəsi davam etdiyi üçün reanimasiyaya qaldırılıb. Lakin hadisədən şübhələnən həkimlər polisə xəbər verib, Ümid isə saxlanılaraq nəzarətə alınıb. İzahat alındıqdan sonra isə Ümid sərbəst buraxılıb.

Bundan sonra Ümidlə Aysel arasında mübahisə başlayıb, uşağın nəfəssiz qaldığı üçün bu hala düşdüyünü deyən Ümid, görünür, Ayseli inandıra bilməyib. Bundan sonra o, üstündə gətirdiyi bıçağı çıxardaraq Ümidin üstünə hücum edib. 50 metr onu qovaladıqdan sonra, nəhayət, ilk bıçaq zərbəsini vurmağa müvəffəq olub. Aysel, hirsinin soyumadığını görüb zərbələrinə daha altısını əlavə edib. Nəticədə Ümid həyata gözünü yumub.
Aysel dərhal hadisə yerinə gələn polislər tərəfindən nəzarətə alınıb. Jurnalistlərin "Niyə öldürdünüz” sualına göz yaşları içində "Balaca Əmirimi ədyal ilə boğub. Həkimlər nəfəssiz qaldığı üçün beyninə oksigen getmədiyini dedilər. Ona görə etdim, amma çox peşmanam” deyib. Məhkəmə Ayselin həbs olunmasına qərar verib.

Nihat HÜSEYNZADƏ
BAKU.WS