SİZİN REKLAM BURADA!
055 213 76 73


“Qanunvericiliyin tələblərinə görə faktlar və hadisələr qərəzsiz və obyektiv təqdim olunmalı, birtərəfliliyə yol verilməməli olduğu halda təəssüflər olsun ki, bəzi media və sosial şəbəkə səhifələrində hazırda məhkəmə baxışında olan “Qranit-QP” MMC-nin vəzifəli şəxslərinin təqsirləndirildiyi iş üzrə cinayət təqibinə dair detalların məqsədli və mütəmadi şəkildə ictimailəşdirilməklə guya qanun pozuntularına yol verilməsi barədə təhrif olunmuş məlumatlar yayılır”.

Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib ki, məhkəmə baxışında olan cinayət işi üzrə əsassız məlumatların yayılması yolverilməzdir və cinayət təqibinə qanunsuz təzyiq və təsir vasitəsi kimi qiymətləndirilir.
“Odur ki, media subyektləri və sosial şəbəkə istifadəçilərindən qeyd olunan məsələyə həssaslıq nümayiş etdirməklə qanunvericiliyin tələblərinə riayət etməyi, dəqiqləşdirilməmiş və əsassız məlumatların ictimailəşməsindən çəkinməyi xahiş edirik”, - qurumdan bildirilib.

BAKU.WS