SİZİN REKLAM BURADA!
055 213 76 73


Şəmkir rayonunda dəhşətli qətl hadisəsi baş verib.

BAKU.WS-in yerli bürosunun verdiyi məlumata görə, hadisə Şəmkir şəhər Səməd Vurğun küçəsində qeydə alınıb.

Şəmkir rayon sakini, 1970-ci il təvəllüdlü Nizami Böyükkişiyev mübahisə zəminində bacısı oğlu, 1989-cu il təvəllüdlü Turan Əzizov tərəfindən bıçaqlanıb. Bir neçə bıçaq xəsarətləri alan N.Böyükkişiyev Şəmkir rayon Mərkəzi Xəstəxanasına aparılsa da onun həyatını xilas etmək mümkün olmayıb.

Dayısını öldürən bacıoğlu artıq həbs olunub.

Faktla bağlı Şəmkir rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.

BAKU.WS