SİZİN REKLAM BURADA!
055 213 76 73


Lənkəran rayonunun Xarxatan kənd sakini Y.Babayevə məxsus yaşayış evindən 4890 manat dəyərində məişət əşyalarının oğurlanması ilə bağlı polisə məlumat daxil olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan BAKU.WS-ə verilən məlumata görə, Lənkəran Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən şəxslər müəyyən edilərək saxlanılıb.

Araşdırmalarla onların Lənkəran rayon sakinləri, hər ikisi əvvəllər məhkum olunmuş C.Hüseynov və qardaşı R.Hüseynov olduqları müəyyən edilib.

Onların hər birinin üzərindən 2 bükümdə narkotik vasitə heroin aşkarlanıb.

Oğurladıqları əşyaların bir qismi isə onların saxladıqları yerdən aşkarlanaraq götürülüb.

Faktla bağlı araşdırmalar aparılır.

BAKU.WS