SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabunçu Rayon Polis İdarəsinin 42-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat nəticəsində Nardaran qəsəbəsində yerləşən bağ evlərinin birindən oğurluq edən şəxslər saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, əməliyyat zamanı Bakı sakini, əvvəllər məhkum olunmuş Rüstəm Abdullayev tutulub. Araşdırma zamanı onun qəsəbə ərazisindəki bağ evindən televizor, 6 ədəd xalça və digər məişət əşyaları oğurladığı məlum olub. Hadisə zamanı R.Abdullayev ev sahibinə ümumilikdə 2000 manata yaxın maddi ziyan vurub.

Saxlanılan şəxsin polis bölməsində üzərinə baxış zamanı 7 qrama yaxın narkotik vasitə - qurudulmuş marixuana da aşkar edilib.

Qeyd edək ki, R.Abdullayev oğurladığı məişət əşyalarının bir qismini yaşadığı evə gətirib. Həmin əşyalar onun mənzilindən aşkar olunaraq maddi sübut kimi götürülüb. Sabunçu RPİ-nin 42-ci PB əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat zamanı isə Naradaran qəsəbəsində daha bir bağ sahəsindən 111 ədəd tikintidə istifadə olunan dəmir dirəklər oğurlayan dəstə üzvləri saxlanılıb. Əməliyyat zamanı qeyd edilən hadisəni törətməkdə şübhəli bilinən əvvəllər məhkum olunmuş Sitarə Bədəlova, onun oğlu Tehrab Bədəlov, qohumu Sahibə Mustafayeva, həmçinin Vüqar Abdullayev və Aqşin Əliyev tutulub. Dəstə üzvlərindən oğurladıqları dəmir dirəklər aşkar olunaraq maddi sübut kimi götürülüb.

Hər iki faktla bağlı 42-ci Polis Bölməsində toplanan materiallar Sabunçu RPİ-nin istintaq Şöbəsinə göndərilib, araşdırmalar davam etdirilir.

"Bu şəxslərin paytaxt ərazisində digər analoji cinayətlər etdikləri də istisna olunmur. Onların əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə ərazi üzrə polis idarə, şöbə və bölmələrinə, habelə DİN-in “102” Zəng Mərkəzinə məlumat verə bilərlər", - deyə məlumatda bildirilir.

BAKU.WS
VİDEO

QALEREYA