SİZİN REKLAM BURADA!
055 213 76 73


"Bəzi cəbhələrdə Ermənistan ordusu geri çəkilir".

BAKU.WS xəbər verir ki, bunu separatçı rejimin başçısının mətbuat xidməti Vaqram Poqosyan deyib.

Poqosyan cəbhədəki acı məğlubiyyətlərini taktiki gediş adı ilə ört-basdır etməyə çalışıb. O iddia edib ki, bu, taktiki və müvəqqəti geri çəkilmədir. O bildirib ki, erməni ordusu bunu daha çox itki verməyin qarşısını almaq və qarşı tərəfə daha çox zərbə vurmaq məqsədi ilə edib. 

Görünür ki, cəbhədə saysız itki verən düşmənin hərbi qüvvəsi tamamilə tükənmək üzrədir.

Xatırladaq ki, bu gün Ermənistanda sayca üçüncü ümumi səfərbərlik elan olunub. BAKU.WS xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan deyib. Paşinyan 2020-ci ildə ehtiyata buraxılan hərbçilərin də səfərbərliyə cəlb edilməsi barədə qərarını açıqlayıb.

Ermənistanın Baş naziri könüllülərə də müraciət edib və onlardan hərbi forma və ya gülləkeçirməyən jiletlərlərini mərkəzi hərbi komissarlığa verməyini xahiş edib.

BAKU.WS