SİZİN REKLAM BURADA!
055 213 76 73


Gəncə şəhəri Ermənistan ərazisindən atəşə tutulur.

BAKU.WS-ə bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. Bildirilib ki, Gəncə Ermənistanın Berd rayonu ərazisindən atəşə tutulur.

Xatırladaq ki, Gəncə ötən gün də düşmənin zərbələrinə məruz qalıb.

Bu gün ermənilər həmçinin Füzuli rayonunun Horadiz şəhəri, Ağcabədi rayonunun kəndləri, Tərtər şəhəri və rayonun kəndləri, Goranboy və Göygöl rayonlarının əraziləri Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutub. Düşmənə qarşı adekvat tədbirlər görülür.

BAKU.WS