SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 27-dən Ermənistan ordusunun cəbhədə törətdiyi təxribatlardan sonra Azərbaycan ordusunun əks-hücuma keçməsi, Silahlı Qüvvələrimizin əldə etdiyi əhəmiyyətli uğurlar, işğal altındakı bəzi ərazilərimizin düşmən tapdağından azad olunması, ölkədə hərbi vəziyyət və qismən səfərbərlik elan edilməsi nəinki bizim, bütün regionun əsas hadisəsinə çevrilib.

Sosial şəbəkələrdə İran ərazisindən Ermənistana aparılan silah-sursatın, hərbi texnika yüklü maşınların görüntüləri yayılıb. İddia olunur ki, Cənubi azərbaycanlılar Azərbaycana dəstək məqsədilə bu nəqliyyat vasitələrini yandırıblar və görüntülərini paylaşıblar.

Ermənistana İran ərazisindən silah daşınmasının İslam həmrəyliyinə zidd olduğunu, qonşuluq, həmrəylik münasibətlərinə xələl gətirdiyi qeyd edilir.

BAKU.WS
VİDEO