SİZİN REKLAM BURADA!
055 213 76 73


Son günlərdə cəbhədə gedən şiddətli döyüşlərə məşhurlarımız da sosial şəbəkə hesabında dəstək veriblər.

BAKU.WS-in məlumatına görə, işğal olunmuş torpaqlarımız uğrunda gedən döyüşlərdə hərbçilərimiz böyük şücaət göstərərək 7 kəndimizi işğaldan azad edib. Ölkədə böyük coşğu ilə qarşılanan qələbə xəbərləri məşhurların da döyüş əzmini yüksək tutub. Onlar da öz növbəsində cəbhəyə dəstək paylaşımları ediblər.

Xalq artisti Flora Kərimova: “Qarabağdan mənim də səsim gələcək! Allah Azərbaycan əsgərini qorusun!”
Xalq artisti Mələkxanım Əyyubova: “Zəfər sənindir, Azərbaycan əsgəri!”
Xalq artisti Aygün Kazımova: “Qarbağ bizimdir, Qarabağ Azərbaycandır!”
Xalq artisti Faiq Ağayev: “Zəfər ilə yürüş edək biz”.

Müğənni Xatirə İslam: “Azərbaycanın hazırda orduda olan əsgərindən tutmuş generallarına qədər qeyrətli oğlanlarına, düşmənlə bu saat burun-buruna dayanan hər bir qardaşa Allahdan səbr, can sağlığı, möhkəm iradə arzulayıram. Allah sizi öz qanadının altında saxlasın”.

Aparıcı Zaur Baxşəliyev: “Qarabağ Azərbaycandır! Yaşasın Azərbaycan xalqı, Azərbaycan dövləti, Azərbaycan ordusu!”

Aktyor Müşfiq Şahverdiyev: “Allah şəhidlərimizə rəhmət eləsin! Siz öz torpaqlarınız uğrunda şəhid oldunuz. Yeriniz cənnətdir. Sizinlə qürur duyuruq, Azərbaycan əsgəri!”

Aparıcı Xoşqədəm Baxşəliyeva: “Xalq sizinlədir, cənab prezident! Bizə bu sevinci yaşatdığınıza görə çox sağ olun. Rəbbim sizi, ordumuzu, igid oğullarımızı qorusun! Qarabağ Azərbaycandır!”

BAKU.WS