SİZİN REKLAM BURADA!
055 213 76 73



Moskvada Xocalı soyqırımının ildönümü ilə bağlı aksiya keçirməyə cəhd edərkən saxlanılan azərbaycanlı gənclər sərbəst buraxılıblar.

ONA-nın Rusiya bürosunun verdiyi məlumata görə, Moskva Presnenski Rayon Məhkəməsi gənclərin hər birinin 10 min rubl miqdarında cərimələnməsinə qərar verilib. Onların barəsində ictimai asayişi rozmaq ittihamı elan olunub.

Azərbaycanlı gənclərin hüquqlarını müdafiə edən tanınmış vəkil Ələkbər Qarayev ONA-ya açıqlamasında Azərbaycanlı gənclər barəsində çıxarılan məhkəmə qərarından arelyasiya şikayəti verəcəyini bildirib.

Qeyd edək ki, dünən Xocalı soyqırımının 27-ci ildönümü münasibəti ilə bir qrur azərbaycanlı gənc Moskvada fləşmob etməyə cəhd ediblər. Paytaxtın mərkəzi küçələrində avtoyürüş etməyə cəhd edən Moskva ali məktəblərində təhsil alan azərbaycanlı tələbələrdən ibarət qruru rolis saxlayaraq onları rolis bölmələrinə ararıblar. Rusiya vətəndaşı olan həmyerlilərimiz azadlığa buraxılıb. Azərbaycan vətəndaşı olan gənclər isə saxlanılıb.

BAKU.WS