SİZİN REKLAM BURADA!
055 213 76 73


Qarabağ bölgəsinin erməniəsilli sakinləri Azərbaycanı tərk etməkdə davam edirlər.
 
BAKU.WS oxu.az-a istinadən xəbər verir ki, Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə Xankəndi hava limanından 12 avtobusun və 41 şəxsi avtomobilin Ermənistana yola salınması təmin edilib.
 
Bu barədə Rusiya sülhməramlı kontingentinin “Telegram” kanalında məlumat yayılıb.
Qeyd edək ki, Ermənistana yola salınan sakinlər özləri könüllü olaraq həm avtobuslarla, həm də şəxsi avtomobilləri ilə Qarabağı tərk edib Ermənistana gedirlər.
BAKU.WS
VİDEO