SİZİN REKLAM BURADA!
055 213 76 73


"İşğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir".

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) İdarə Heyətinin sədri Vüqar Süleymanov Azərbaycanda istehsal edilən minatəmizləmə maşınının təqdim edilməsi mərasimində deyib.

O bildirib ki, 2 il ərzində Azərbaycan xaricdən minatəmizləmə maşınları alırdı.

"Çox sevindirici haldır ki, bu gün bu maşınlar artıq Azərbaycanda istehsal edilir. Torpaqlarımız işğaldan azad olunduqdan dərhal sonra minatəmizləmə işlərinə başlanıldı. Bu gün işğaldan azad edilən ərazilərin minalardan təmizlənməsi prosesi sürətlə davam edir", - deyə sədr vurğulayıb.

BAKU.WS