SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycan-Ermənistan dövlət sərhədində ermənilərin törətdiyi təxribatlar nəticəsində şəhid olan igidlərimizdən biri Səbuhi Əhmədovdur. 

BAKU.WS xəbər verir ki, hərbçi yoldaşını qorumaq üçün özünü düşmən gülləsinə sipər edən hərbçimizin sosial şəbəkələrdə arxiv fotoları yayılıb. 

Ağ-qara, eyni zamanda rəngli şəkillərdən ibarət görüntülər Səbuhinin yeniyetməlik dövründə lentə alınıb. 

Qeyd edək ki, valideyn himayəsindən məhrum olan Səbuhi Əhmədov SOS uşaq evində böyüyüb. O, düşmən təxribatı nəticəsində şəhid olub və sentyabrın 14-də İkinci Fəxri xiyabanda torpağa tapşırılıb. Onun dəfn mərasimində adi vətəndaşlarla yanaşı, bir sıra yerli məşhurlar da iştirak ediblər.

BAKU.WS şəhidimizin arxiv fotolarının təqdim edir:

BAKU.WS
QALEREYA