SİZİN REKLAM BURADA!
055 213 76 73


Sentyabrın 12-dən 13-nə keçən gecə erməni silahlı birləşmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədində törətdiyi təxribatlar nəticəsində yaralanan 282 hərbçinin bir neçəsi Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında müalicə alır. 

BAKU.WS xəbər verir ki, "Xəzərxəbər"in çəkiliş qrupu sözügedən xəstəxanada olub. Hazırda müalicəsi davam edən hərbçilərimizdən biri gözündən və bədənindən müxtəlif dərəcəli qəlpə yaraları aldığını bildirib:

"Düşmənlə üzbəüz döyüşürdük. Onların postuna girəndə tikilinin içindən çıxdı və bizə qumbara atdı. 2-3 qumbara idi. İkisi yanımıza düşdü və partladı. Əli ilə götürülə biləcək dərəcədə bizə yaxın idi. Gözüm, belim və dizdən aşağı ayaqlarım bütün qəlpə yarasıdır".

BAKU.WS
VİDEO