SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünən Laçın rayonunda qəzaya düşərək həlak olan hərbçilərin fotosu yayılıb.

BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə hərbçilər sərhəd-döyüş məntəqələrindən hərbi hissəyə geri qayıdarkən Laçın rayonunun Cicimli kəndi yaxınlığında baş verib.

"MAZ" markalı yük avtomobili idarəetmənin itirilməsi səbəbindən yol kənarındakı dərəyə düşüb.

Nəticədə avtomobildə olan hərbi qulluqçular - baş leytenant Nəsibov Elməddin Süleyman oğlu və gizir Kamallı Kamal Vilayət oğlu vəfat edib.

BAKU.WS
QALEREYA