SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Ermənilər aprel döyüşlərində məhv edilən erməni əsgərləri ilə bağlı süjet hazırlayıb. 
 
BAKU.WS-in məlumatına görə, erməni jurnalist əsgərlərin harada və necə öldüyünü çəkərək xalqa göstərir. Azərbaycan ordusunun sarsıdıcı zərbələri nəticəsində dağılan erməni postları da kadrlarda əks olunub. 
 
Görüntülərdən aydın olduğu kimi ermənilər cəbhəyə terrorçular da cəmləşdirib. Suriyadan və Livandan gələn erməni əsilli terrorçular təmas xəttində möhkəmlənir. Azərbaycanın işğal olunmuş torpaqlarına soxulan terrorçular kriminal Ermənistan hakimiyyəti ilə danışıqlar apardıqdan sonra bölgədə təxribatlar törətmək üçün hazırlaşmağa başlayıb. 
 
Azərbaycan tərəfi Qarabağa cəmləşdirilən terrorçuların yerli əhali üçün təhlükə olduğunu yaxşı anlayır. Ordu istənilən an Qarabağda antiterror əməliyyatı həyata keçirərək torpaqlarımızı terrorçulardan təmizləməyə qadirdir. Bununla yanaşı, BMT-nin qəbul etdiyi qətnamələr də Azərbaycan torpaqlarından yad qüvvələri çıxarmasına tam əsas verir. 
 
BAKU.WS