SİZİN REKLAM BURADA!
055 213 76 73


"Oralar Azərbaycan əraziləridir. Biz ərazi bütövlüyümüzü təmin etmişik. Müvəqqəti olaraq əraziyə sülhməramlılar yerləşdirilib”.

BAKU.WS xəbər verir ki, bunu qazet.az-a millət vəkili Vahid Əhmədov deyib.

O bildirib ki, digər 4 rayonumuzda da Azərbaycan qanunları keçərlidir: "Xocalı, Xankəndi, Xocavənd, Ağdərə Azərbaycan əraziləri olduğu üçün orada Azərbaycan qanunları keçərlidir. O cümlədən, Azərbaycanın milli valyutası da orada fəaliyyət göstərməlidir. Heç bir status-kvodan söhbət gedə bilməz.

Müəyyən qədər vaxt lazımdır ki, bu məsələlər öz siyasi həllini tapsın. Sadəcə müəyyən qədər vaxta ehtiyac var”.

BAKU.WS