SİZİN REKLAM BURADA!
055 213 76 73


Torpaqlarımıza azadlıq gətirənlərin sırasında onun da imzası var - 22 yaşlı şəhid gizir Xudayar Yusiflinin...

Vətən savaşında qəhrəmanlıq göstərməklə yanaşı, məlahətli səsi ilə də döyüş yoldaşlarına dəstək olub. Düşmən tapdağından təmizlənən Vətən torpağını elə Vətəni tərənnüm edən ifalarla salamlayan həmin tarixi anları mobil telefonunun yaddaşına köçürüb.

Məhz həmin video sosial şəbəkədə yüzlərlə istifadəçi tərəfindən paylaşılıb.

X.Yusifli oktyabrın 23-də Zəngilanın Ağbənd qəsəbəsi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Azərbaycan Televiziyası (AzTV) şəhidimizin ailəsindən reportaj hazrılayıb.

Həmin reportajı təqdim edirik:

BAKU.WS
VİDEO