SİZİN REKLAM BURADA!
055 213 76 73


"WarGonzo"nun saxtakarlığı üzə çıxıb. 

BAKU.WS xəbər verir ki, "WarGonzo" Telegram kanalının rəhbəri, hərbi müxbir Semyon Peqov Beynəlxalq Qırmızı Xaç Komitəsinə məxsus olan və cəsədləri toplamaq üçün nəzərdə tutulmuş maşına minib, Hadruta daxil olub. Bunu etməkdə məqsədi odur ki, həmin ərazidən görüntü çəkərək səhifəsində və kanalda paylaşaraq desin ki, guya Hadrut ermənilərdədir.

O, rahat bir yerdə maşından düşərək video və fotolar çəkir, yayır, Hadrutun ermənilərin nəzarətində olduğunu iddia edir. Hər halda Azərbaycan əsgərinin Beynəlxalq konvensiya və razılaşmaya əsasən, həmin avtomobilə atəş açmayacağını bildiyi üçün belə arxayın davranır.

Diqqətlə baxsaq, “Qırmızı xaç" işarəsinin foto və videolarda montajla silindiyini görərik.

"WarGonzo" haqda

"War" müharibə, "Gonzo" isə "Gicbəsər jurnalistika" deməkdir. Mənası isə jurnalistin tərəf tutaraq fikirlərini və mövqeyini birbaşa öz jurnalist fəaliyyətində, qeyri-obyektiv göstərməsinə deyilir.

"WarGonzo" layihəsinin yaradıcısı Semyon Peqovdur.

BAKU.WS