Vüsalə Əlizadə "Xəzər" TV yaxınlığındakı yanğından yazdı: "Bizi təxliyə etdilər"
Bakının Xətai rayonunda baş verən güclü yanğınla bağlı "Xəzər" TV-də təxliyə işləri həyata keçirilir.
BAKU.WS xəbər verir ki, bu barədə "Xəzər" TV-də çalışan aparıcı Vüsalə Əlizadə məlumat yayıb. O hadisə yerindən görüntü paylaşaraq əməkdaşların televiziya binasından təxliyə edildiyini bildirib. Bu boya sexində partlayış təhlükəsi riskinə görə edilib.
Xatırladaq ki, 27.09.2024-cü il tarixində saat 13:30 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə yanğınla bağlı çağırış daxil olub.
Bu barədə TƏBİB-də mətbuat xidmətindən məlumat verilib. Hadisə yerinə 6 təcili tibbi yardım briqadası cəlb edilib.
Oxşar xəbərlər
Ağcabədidə güclü külək ağacları aşırdı, avtomobillərə ziyan dəydi
Ağcabədi şəhərində əsən güclü külək bir sıra fəsadlar törədib. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, ötən gecə güclü küləyin təsirindən irigövdəli ağ...