Kəlbəcər istiqamətində mövqelərimiz atəşə tutulub
10
fev
2022
09:10
Fevralın 9-u saat 22:00-dan etibarən fasilələrlə bir neçə saat ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsində yerləşən mövqelərindən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqəsində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan istifadə etməklə atəşə tutub.
Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyindən məlumat verilib.
Bölmələrimizin cavab tədbirləri nəticəsində qarşı tərəf susdurulub.
Hazırda qeyd olunan istiqamətdə vəziyyət sabitdir, əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.
Oxşar xəbərlər
Tovuz rayonu istiqamətində mövqelərimiz atəşə tutulub
Ermənistan silahlı qüvvələrinin bölmələri yanvarın 27-si saat 20:58-dən 23:00-dək dövlət sərhədinin Tovuzqala rayonunun Çinarlı yaşayış məntəqəsində yerləşən mö...