İçib təzyiqi qalxdı, dava saldı, həbs olundu - Bakıda kafedə İNSİDENT

İçib təzyiqi qalxdı, dava saldı, həbs olundu - Bakıda kafedə İNSİDENT
Hadisə 64

Bakıda kafedə təzyiqi qalxan gənc oğlan insidentə səbəb olub.

BAKU.WS Lent.az-a istinadən xəbər verir ki, hadisə Nizami rayonu, Qara Qarayev prospektində yerləşən kafedə baş verib.

26 yaşlı Qasım İsmayılov (ad və soyad şərtidir) axşam saatlarında dostu ilə kafedə yeyib-içəndən sonra təzyiqi qalxıb. Bu səbəblə dostu təcili tibbi yardıma zəng edib. Lakin bu zaman Qasım əsəbiləşərək, nalayiq ifadələr işlədib və dostu ilə mübahisə edib. Yaxınlıqda xidmətdə olan polis əməkdaşları yaranmış səs-küylə bağlı obyektə gəliblər. Qasım İsmayılov polisin iradına baxmayaraq, əməllərinə davam edib. Buna görə də o saxlanılaraq, polis şöbəsinə aparılıb və barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsilə protokol tərtib olunub.

Nizami rayon Məhkəməsinin qərarı ilə Q. İsmayılov barəsində 5 günlük inzibati həbs cəzası verilib.

Son xəbərlər