Bərdədə məktəbin üçüncü mərtəbəsindən yıxılan şagird Bakıya gətirilib

Bərdədə məktəbin üçüncü mərtəbəsindən yıxılan şagird Bakıya gətirilib.
Bu barədə BAKU.WS-ə TƏBİB-dən bildirilib.
"2010-cu il təvəllüdlü şəxs (qadın cinsli) 02.06.2025-ci il tarixində saat 12:30 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
İlkin tibbi yardım göstərilən şəxs daha ixtisaslı tibbi xidmət almaq üçün Respublika Neyrocərrahiyyə Xəstəxanasına təxliyə olunub.
Qapalı fəqərə onurğa beynin travması, L1-fəqərəsinin fəsadlaşmamış sınığı diaqnozları təyin edilən pasiyentin müalicəsi davam etdirilir, vəziyyəti orta ağırdır", - məlumatda deyilir.
***14:07
Bərdədə məktəbdə faciəli hadisə yaşanıb.
BAKU.WS Lent.az-a istinadla xəbər verir ki, hadisə iyunun 2-si saat 12 radələrində Bərdə şəhərinin ərazisində yerləşən 5 saylı tam orta məktəbdə qeydə alınıb.
Məktəbin şagirdi, 15 yaşlı Zeynəb Ruslan qızı Şəldizadə sinif otağının pəncərəsindən, 3-cü mərtəbədən yıxılıb.
Məktəbli ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
Oxşar xəbərlər
Sumqayıtda sabiq futbolçunun atası dənizdə BOĞULDU
Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib. BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Xəzər dənizinin Hacı Zeynalabdin qəsəbəsindən keçən sahil hissəsi...