Bakıda BU DAYANACAQ müzakirələrə səbəb oldu - AYNA-dan RƏSMİ cavab
Bu cür dayanacaqların təşkil edilməsi beynəlxalq təcrübədə də geniş istifadə olunur və standartlara uyğundur.
Bunu BAKU.WS-ə açıqlamasında AYNA-dan bildiriblər.
Qeyd edilib ki, eni 3 metrdən az olan səkilərdə məhz bu cür dayanacaqlar quraşdırılır. Məqsəd isə həm piyadaların rahat gediş-gəlişini, həm də sərnişinləri dayanacaqla təmin etməkdir.
Şahanə Xankişiyeva
***11:32
Bakıda dayanacaq vətəndaşların narazılığına səbəb olub.
BAKU.WS xəbər verir ki, sosial şəbəkələrdə vətəndaş paylaşımında belə yazıb: "Dekolte geyinmiş dayanacaq. Nə küləkdən, nə yağışdan, nə günəşdən qoruyur".
Dayanacağın sərnişinləri hava şəraitindən qorumadığı qeyd olunur.
Oxşar xəbərlər
Deputatın oğlu barəsində həbs qərarı verildi
Bakıda baş verən insidentlə bağlı saxlanılan deputat Arzuxan Əlizadənin oğlu Əhməd Əlizadə barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. BAKU.WS "Report"a is...