Bakıda 84 yaşlı qadını vurub öldürən avtobus sürücüsünə hökm oxundu
Bakıda 84 yaşlı qadının ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən avtobus sürücüsünün işi üzrə məhkəmə prosesi başa çatıb.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, Nizami Rayon Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə R.Sultanov üç il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını məntəqə tipli cəzaçəkmə məntəqəsində çəkəcək.
İttihama görə, hadisə paytaxtın Nizami rayonu ərazisində, metronun "Qara Qarayev" stansiyasının qarşısındakı yolda baş verib. 1958-ci il təvəllüdlü R.Sultanov idarə etdiyi "Daewoo" markalı sərnişin avtobusu ilə yolu keçən paytaxt sakini, 84 yaşlı Yulduz Abduləzimzadəni vurub.
Nəticədə yaşlı qadın hadisə yerindəcə ölüb.
Oxşar xəbərlər
Cəlilabadda yük avtomobili piyadanı vuraraq öldürüb
Cəlilabadda 62 yaşlı kişini avtomobil vuraraq öldürüb. BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun Maşlıq kəndində qeydə alınıb. Belə ki, "QAZel"...