Ağdamda çoban həmyerlisini güllələyib, daha sonra özünə qəsd edib
15
iyn
2026
17:59
Ağdamda çoban həmyerlisini güllələdikdən sonra özünə qəsd edib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, hadisə rayonun işğaldan azad edilmiş Çullu kəndində qeydə alınıb.
1975-ci il təvəllüdlü Rövşən Şirinov, həmyerlisi 1979-cu il təvəllüdlü Elşad Gözəlov tərəfindən güllələnib. Yaralı Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Elşad Gözəlov isə sonradan özünə atəş açıb. O aldığı yaradan ölüb.
R.Şirinovun müalicəsi Ağdam Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma davam etdirilir.
Oxşar xəbərlər
Gəncədə avtobus "Range Rover"lə toqquşdu, yaralananlar var
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, şəhərin çıxışında, Gəncə-Goranboy xətti üzrə hərəkət edən "Hyundai" markalı s...