Ağdam, Füzuli və Xocavənd rayonlarının ümumi ərazisinin 30 faizi minalardan təmizlənib
Ağdam, Füzuli və Xocavənd rayonlarının ünumi ərazisinin 30 faizi minalardan təmizlənib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bunu Azərbaycan Respublikası Prezidentinin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov Ağdamda baş Prokurorluğun təşkilatçılığı ilə keçirilən "Konstitusiya və Suverenlik: Hüquqi Dövlətin təməli" adlı konfransda çıxışı zamanı səsləndirib.
Minalardan təmizlənmə işləri barədə məlumat verən E.Hüseynov "Şəhər faktiki olaraq minalardan təmizlənsə də rayonun böyük bir hissəsini təmas xətrinə düşdüyü üçün, çox çirklənib amma yenə də təmizləmə işi aparılır. Ağdam rayonunun 54,24 faizi, Füzuli rayonun 67,76 faizi, Xocavənd rayonunun isə 7,56 faizi minalardan təmizlənib" deyərək tədbir iştirakçılarına məlumat verib.
Füzuli rayonunda 67 faiz minalardan təmizlənmişdi. Xocavənd rayonunun isə 57 faizi minalardan təmizlənmiş hesab olunur. Ümumilikdə bürün ərazinin 30 faizi artıq minalardan təmizlənmiş hesab olunur.
Oxşar xəbərlər
14 illik həbsdən çıxan kimi yenə adam öldürmüşdü - Bu dəfə ömürlük aldı
Şabranda mənzilə basqın edərək evin xanımını və ərini öldürməkdə ittiham olunan Elçin Fərzəliyev və Murad Məmmədovun iki il davam edən məhkəmə araşdırması başa...