ADSEA: Sumqayıtda tullantı sularının çaya axıdılması ilə bağlı araşdırma aparılır

ADSEA: Sumqayıtda tullantı sularının çaya axıdılması ilə bağlı araşdırma aparılır
Foto
Hadisə 51

Sumqayıtda "Bakı Qida və Yağ Fabriki"nin tullantı sularının çaya axıdılması faktı araşdırılır.

BAKU.WS xəbər verir ki, bu barədə Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidməti (SİMDNX) məlumat yayıb.

Bildirilib ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində fəaliyyət göstərən "Bakı Qida və Yağ Fabriki" MMC-də istehsalat zamanı yaranan tullantı sularının xüsusi çəkilmiş boru xətti vasitəsilə birbaşa "Sumqayıtçay" çayına axıdılması faktı müəyyən edilib.

Müəssisə tullantı sularının təmizlənmə prosesindən keçdiyini bildirirsə də, ərazidə kəskin iy və tullantı suyunun vizual görünüşü bunun əksini göstərir. Bu səbəbdən, axıdılan tullantı sularının bioloji və kimyəvi tərkibinin müəyyən olunması məqsədilə Agentliyin Mərkəzi Laboratoriyası tərəfindən su nümunələri götürülüb və fakt üzrə inzibati araşdırma başlanıb.

Araşdırmanın yekununda iş üzrə materiallar hüquqi qiymət verilməsi üçün aidiyyəti məhkəməyə təqdim olunacaq.

Qeyd edək ki, "Bakı Qida və Yağ Fabriki" MMC "Azərsun Holdinq" MMC-nin tərkibində olan və qida məhsullarının istehsalı ilə məşğul olan müəssisədir.

Son xəbərlər