SİZİN REKLAM BURADA!
055 213 76 73


Xəbər verildiyi kimi, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gununreqemi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən BAKU.WS-ə məlumat verilib. Bildirilib ki, bu günün rəqəmi isə “241”-dir.

Belə ki, 2020-ci ilin I yarımili ərzində Daxili işlər orqanları ilə birgə keçmiş illərdən bağlı qalan 241 cinayətin açılması təmin edilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

BAKU.WS