SİZİN REKLAM BURADA!
055 213 76 73


Bakı-Sumqayıt şossesində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

BAKU.WS APA-ya istinadla xəbər verir ki, hadisə Xırdalan qəbirstanlığının yaxınlığında qeydə alınıb.

Belə ki, Rüfət Həsənov sərxoş halda Bakı-Sumqayıt şossesinin piyada üçün müəyyən edilməmiş hissəsindən keçib. Bu zaman onu naməlum avtomobil vurub.

Yaralı ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.

Hazırda hadisəni törədən sürücünün axtarışları davam etdirilir.

BAKU.WS
QALEREYA