SİZİN REKLAM BURADA!
055 213 76 73


Daxili İşlər Nazirliyi (DİN) gənc yazar Kəramət Böyükçölün saxlanılmasına aydınlıq gətirib.

BAKU.WS xəbər verir ki, nazirliyin mətbuat xidmətindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, K.Böyükçölün kirayədə yaşadığı binanın sakinləri və evin sahibi ərazi üzrə polis bölməsinə müraciət edərək, iki gündür həmin mənzildən səs-küy gəldiyini və bu halın qonşuları ciddi narahat etdiyini bildiriblər:

“Hətta qonşulardan biri bir dəfə qapını döyərək onları sakitliyə riayət etməyə çağırıb. Bu zaman Kəramət Böyükçöl həmin qonşunu təhqir edərək onunla dalaşıb.

Bu gün ərazi üzrə polis bölməsinin əməkdaşları daxil olan şikayət əsasında həmin ünvana gedib. Sərxoş vəziyyətdə olan Kəramət Böyükçöl saxlanılıb. Hazırda araşdırma aparılır”.

***17:14

Yazıçı Kəramət Böyükçöl polis tərəfindən saxlanılıb.

BAKU.WS xəbər verir ki, yazıçı "Facebook"da canlı yayımda olarkən kirayə yaşadığı evə polislər gəlib.

K.Böyükçölün yaşadığı ünvana gələn polis əməkdaşları onunla bağlı qonşuların şikayət etdiyini bildiriblər.

Hüquq-mühafizə orqanlarından BAKU.WS-ə bildirilib ki, bu barədə məlumat olan kimi rəsmi bildiriləcək.

BAKU.WS