Sumqayıtda yol çöküb - FOTO

Sumqayıtda yol çöküb - FOTO
Foto
Hadisə 98

Sumqayıt şəhərində avtomobil yolu çöküb.

BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin "İnşaatçılar" qəsəbəsinə gedən yolda Kamran Hüseynov küçəsində qeydə alınıb.

Belə ki, yolun bir hissəsi aşınmaya uğrayıb və ərazidə böyük çala yaranıb.

Təhlükəsizlik məqsədilə ərazinin ətrafı lentlənib, piyadaların ehtiyatlı olması üçün xəbərdarlıq edilib.

Sumqayıt Sukanal İdarəsindən APA-ya bildirilib ki, yolun çökməsinə kanalizasiya xəttində baş verən qəza səbəb olub.

Xatırladaq ki, sözügedən küçədə yolun çökməsi artıq beşinci dəfədir baş verir. Bir neçə dəfə yolda təmir-bərpa işləri aparılsa da, bu, çökmənin qarşısını ala bilmir.

Oxşar xəbərlər

Sumqayıtda yol çökdü - FOTO

Sumqayıtda yol çökdü - FOTO

Sumqayıt şəhərində avtomobil yolu çöküb. BAKU.WS APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin İnşaatçılar qəsəbəsinə gedən avtomobil yolunda, Kamran Hüseynov...

846 Hadisə 22:29 10 dekabr 2019

Son xəbərlər