SİZİN REKLAM BURADA!
055 213 76 73


Sabiq Müdafiə naziri Rəhim Qazıyevin xəsarət alması ilə bağlı Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə Yasamal Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb.

Bu barədə BAKU.WS-ə Bakı şəhər Baş Polis İdarəsinin (BŞBPİ) Mətbuat Xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev məlumat verib.

O bildirib ki, faktın törədilməsində ehtimal olunan şübhəli şəxs var.

“Hazırda araşdırmalar davam etdirilir”, - deyə o vurğulayıb.

BAKU.WS