"UAZ" markalı avtomobil qəfildən alışdı - FOTO

29
may
2020
13:23
Tovuzda "UAZ" markalı avtomobil qəfildən alışıb.
BAKU.WS-in bölgə müxbirinin verdiyi məlumata əsasən, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb.
Araz Həsənova məxsus avtomobil hərəkətdə olarkən qəfildən alışıb.
Hadisə zamanı sürücü xəsarət almasa da avtomobil yararsız hala düşüb. Avtomobili söndürmək üçün Tovuz rayon Yanğından Mühafizə İdarəsinin briqadası əraziyə cəlb olunub və alov söndürülüb.
Faktla bağlı araşdırma başlanılıb.
Qalereya
Oxşar xəbərlər
Azərbaycanda vəzifəli şəxsin və qardaşının evi yandı - VİDEO
Qubanın Yerfi kəndində yanğın baş verib. BAKU.WS Oxu.Az-a istinadla xəbər verir ki, əvvəlcə bir evdə başlayan yanğının əhatəsi genişlənib. Alov yaxınlıqdakı evə...
